“Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. “Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü keçirilib.”
K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq: “ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq.”
K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana- dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.
“Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”
14:26 - 25 Avqust 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

BQXK-nın Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq

Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi

Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu - FOTO

İlham Əliyev Trampa təşəkkür etdi

Azərbaycan XİN Uruqvayı təbrik edib

İlham Əliyev Stiven Doutini qəbul etdi - Fotolar

Dövlət Xidmətinin bu səlahiyyəti ləğv edildi

Azərbaycanda yeni informasiya sistemi yaradılır - FƏRMAN

İlham Əliyev SƏRƏNCAM imzaladı

Türkmənistanla qardaşlıq və strateji tərəfdaşlıq güclənir

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycanın dövlətçilik iradəsi və tarixi qələbəsi - Kəlbəcərin işğalından sülhədək
Xəbər xətti
- 25 Avqust 2025
- 21:33 Azyaşlını maşın vurdu - Bədbəxt hadisə
- 21:17 Zərərçəkmiş şəxslər ifadə verdilər - Məhkəmə
- 20:42 BQXK-nın Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
- 20:24 "Ötən həftə 7000-dən çox əsgər ölüb" - Tramp
- 19:57 Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi
- 19:33 Xocavəndin 2 kəndində YANĞIN
- 19:16 2801 abonentin qazı kəsiləcək - XƏBƏRDARLIQ
- 18:56 Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu - FOTO
- 18:44 Bakıda yataqxanada YANĞIN - 3 nəfər zəhərləndi
- 18:32 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 18:17 İlham Əliyev Trampa təşəkkür etdi
- 18:08 3 qohumun boğularaq öldüyü hadisənin təfərrüatı - VİDEO
- 17:59 Traktorla yük maşını toqquşdu - Ölən və yaralananlar var
- 17:41 Kəmaləddin Heydərov xanımı rəis TƏYİN ETDİ
- 17:33 Çində nəhəng tiranozavr fosili tapıldı
- 17:21 Güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 17:18 Sərnişin qayığı batdı - 6 nəfər öldü
- 17:06 Rəqsanənin ərinə də cinayət işi açıldı - Ölkədən çıxa bilməz
- 17:05 2025-ci ildə dünyanın ən təhlükəsiz 10 ölkəsi
- 16:59 Yüksək bal topladı, amma tələbə ola bilmədi - SƏBƏB
- 16:45 "Üçtərəfli görüş çətin ki, baş tutsun" - Wadephul
- 16:37 Finlandiya Ukraynaya qoşun göndərir
- 16:09 Frank Tompson qızıl tabutda dəfn edildi
- 16:00 Azərbaycan buzlaqlarında tədqiqat - Ərimə sürətlənir
- 15:46 Aİ İordaniyaya 500 milyon avro yardım ayırır
- 15:36 Helikopter qəzaya uğradı - Araşdırma aparılır
- 15:25 Karnavalda qadınlar döyüşdü - 104 nəfər nəzarətə alındı
- 15:22 Azərbaycan XİN Uruqvayı təbrik edib
- 15:15 Musson yağışları 303 nəfərin həyatına son qoydu
- 15:07 Kapital Bank-dan yeni kredit kampaniyası - 6000 AZN götür, aylıq 190 AZN ödə
- 14:51 Yanğın təhlükəsi və sığortasız sahibkarlar - Ziyan kimə qalır?
- 14:33 Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar
- 14:26 “Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”
- 14:09 "Qarabağ" - “Ferensvaroş” oyununun hakimləri təyin olundu
- 13:41 Azərbaycanda nə qədər adam sosial müavinət alır?
- 13:25 Binəqədidə qaz xətti zədələndi - Qəsəbələr qazsız qaldı
- 13:16 Əjdər Cəfərova vəzifə verildi
- 12:53 "Ukrayna-Rusiya müharibəsi bu tarixdə bitəcək" - Vens
- 12:36 Vyetnamda 500 mindən çox insan təxliyə edildi
- 12:25 Sabahın havası necə olacaq?
- 12:10 Tələbə olduğunu ofisiant işlədiyi toyda öyrəndi - VİDEO
- 11:52 İlham Əliyev Stiven Doutini qəbul etdi - Fotolar
- 11:38 Bakıdan Naxçıvana gedənlərə ŞAD XƏBƏR
- 11:35 İsrail Sənaya hava hücumu etdi - 4 nəfər öldü
- 11:25 Dövlət Xidmətinin bu səlahiyyəti ləğv edildi
- 11:16 Azərbaycanda yeni informasiya sistemi yaradılır - FƏRMAN
- 11:12 İlham Əliyev SƏRƏNCAM imzaladı
- 10:55 Köhnə smartfonunu bir kliklə kontakt.az-da dəyərləndir
- 10:50 Türkmənistanla qardaşlıq və strateji tərəfdaşlıq güclənir
- 10:34 "Netanyahu Qəzzanın işğalını dayandırmaqda qərarlıdır" - HƏMAS
- 10:21 “42 ildən sonra qayıdacağam” dedi, yox oldu - Məktubdakı UFO sirri

