Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ersay vəzifəsindən azad olunub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, onun Türkiyədəki yeni vəzifəsi ilə əlaqədardır.
Belə ki, Bəxtiyar Ersay bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib. General artıq yeni vəzifəsinin icrasına başlayıb və 1-ci Ordunun komandanı kimi “Teknofest” festivalına qatılıb.
Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.