Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşündə çıxışı zamanı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair Baxtiyar Vahabzadədən sitat gətirib.
Manset.az xəbər verir ki, Tokayev çıxışında bildirib:
“Azərbaycanlı şair və bu tarixi torpaqların yetirməsi Baxtiyar Vahabzadə bizə belə bir vəsiyyət qoyub: "Türk türkə düşmən ola bilməz!" Biz ulu babalarımızın bu müdrik sözlərini uca tuturuq və bütün dünyaya göstəririk ki, türklər bir-birinə qan qardaşı olan, birliyinə sadiq xalqlardır".
Qazaxıstan Prezidenti qeyd edib ki, Türk Dövlətləri Təşkilatı bu birliyin siyasi ifadəsidir və təşkilata üzv ölkələrin həmrəyliyi bütün bölgədə sabitlik və inkişaf üçün vacib amildir.