Vaşinqtonda ABŞ və Azərbaycan arasında ikitərəfli İşçi Qrupun ilk görüşü keçirilib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi yayıb.
Bildirilib ki, dekabrın 19-da Vaşinqtonda ABŞ və Azərbaycan hökumətlərinin yüksəkvəzifəli nümayəndələri avqustun 8-də keçirilmiş Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ikitərəfli İşçi Qrupun ilk iclasını keçiriblər:
“Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla, iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik.
ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir”.