Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub.
Manset.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.
Qeyd edək ki, C.Musayev bundan əvvəl Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı olub.