Dövlət Xidmətinin əməkdaşları təltif edildi - SƏRƏNCAM

16:01 - 12 Fevral 2026

Dövlət Xidmətinin əməkdaşları təltif edildi - SƏRƏNCAM

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

“Vətən uğrunda” medalı ilə

Qarayev Natiq Sahib oğlu – general-mayor;

Cəfərov Elməddin Qulu oğlu – polkovnik;

Quliyev İslam Ramiz oğlu – polkovnik.

“Hərbi xidmətlərə görə” medalı ilə

Hidayev Əziz Şahmurad oğlu – polkovnik;

Abbasov Hikmət Zahid oğlu – mayor;

Əliyeva Samirə Təşkilat qızı – mayor.

“Tərəqqi” medalı ilə

Sədrətdinov Pərviz Həsən oğlu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az