"Ramiz Mehdiyevin evindən tapılan vəsaitlər maaş və ya qanuni gəlir hesabına toplanmış pullar deyil. Yəqin ki, cinayətkar yollarla əldə olunub. Müvafiq qanunlara uyğun olaraq yoxlanılacaq və tapşırıq veriləcək ki, həmin pullar hara və nəyə xərclənsin”.
Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, deputat Elman Məmmədov deyib. O bildirib ki, bununla bağlı saytlar və sosial şəbəkələrdə çox gözəl təkliflər verirlər:
“Deyirlər ki, pullar Qarabağa xərclənsin, ehtiyacı olanlara verilsin və s. Təbii ki, bu fikirlər ürəkdən gəlir və buna etiraz etmək olmaz. Hər kəs öz fikrini bildirir. Əgər bu vəsait cinayət yolu ilə, haram yolla qazanılıbsa, indi halal qaydada dövlətin, millətin puludur. Bu vəsait geri qaytarılmalı və ehtiyacı olan təbəqələrə, eləcə də Qarabağdakı bərpa işlərinə xərclənməlidir. Mən bu fikirlərlə tamamilə razıyam. Hazırda müvafiq qurumların və hüquq-mühafizə orqanlarının qanuna uyğun iş aparması önəmlidir. Pul artıq müsadirə olunub və dövlət başçımızın tapşırığı ilə lazım olan yerlərdə xərclənəcəkdir”.