Fuad Oktay Azərbaycana gəldi

23:22 - 23 Fevral 2026

Fuad Oktay Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay Azərbaycana gəlib.


Manset.az xəbər verir ki, F.Oktay bu barədə "X"dəki hesabında yazıb.

"Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri olaraq "10-cu Türkiyə - Azərbaycan - Gürcüstan Parlamentlərinin Xarici İşlər Komitələrinin Üçtərəfli Birgə Görüşü"ndə iştirak etmək və rəsmi danışıqlar aparmaq üçün Azərbaycandayıq.

Səfirliyimiz tərəfindən təşkil edilən iftar süfrəsində qardaş və bacılarımızla görüşmək, görüşlərdən və müzakirələrimizdən əvvəl məlumat almaq və söhbət etmək imkanı əldə etdik", - TBMM rəsmisi bildirib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az