“Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq” - Rəsmi Ankara

17:46 - 05 Mart 2026

“Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq” - Rəsmi Ankara

Türkiyə Xarici İşlər Nazirliyi İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı bəyanat yayıb.


Manset.az xəbər verir ki, nazirliyin bəyanatında Naxçıvana həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) ilə hücum qətiyyətlə pislənilib.

"Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin zəruriliyini bir daha vurğulayırıq. Türkiyə bundan sonra da, həmişəki kimi, Azərbaycanın yanında olmağa davam edəcək", - bəyanat mətnində qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az