XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir

09:22 - 14 Mart 2026

XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir

XIII Qlobal Bakı Forumunun üçüncü günü başlayıb.


Manset.az xəbər verir ki, bu gün iştirakçılar "Süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" və "Beynəlxalq sistemin yenidən qurulmasına doğru" mövzularını müzakirə edəcəklər.

Xatırladaq ki, Qlobal Bakı Forumu 2013-cü ildən Azərbaycanda keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumda müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndələr dünyadakı proseslər, qlobal təhlükəsizlik, güc balansı, beynəlxalq hüquq və digər məsələlər ətrafında müzakirələr aparırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az