YAP Yasamal rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən iclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon ərazi partiya təşkilatlarının sədrləri, Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının rəhbərləri iştrak edib.
Manset.az xəbər verir ki, iclasda ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, idman yarışları Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan
Partiyası Yasamal rayon təşkilatı və Bakı şəhər Gənclər və
İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə
təşkilatçılığı ilə keçirəcəkdir.
İcasda ilk olaraq çıxış edən
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iclas iştirakçılarını
salamlayaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin
və onun bir hissəsi olan idman yarışlarının uğurla reallaşdırılması nəticəsində
əldə edilən nailiyyətlərdən yüksək səviyyədədir. Diqqətə çatdırılıb ki,
Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir,
ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində
və xüsusilə idman yarışlarında fəal şəkildə iştirakı mühüm rol oynayır. Bundan
əlavə olaraq YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycanda
idman sahəsində gənclərin qarşısında duran əsas məqsədləri kimi həm ölkə
daxilində, həm də beynəlxalq yarışlarda vətənimizi uğurlu şəkildə təmsil
etmələrini və yüksək nəaliyyətlər əldə etmələrini vurğulayıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü
ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsinin əsas
məqsədləri isə Ulu Öndərin anadan
olmasınını təntənəli surətdə qeyd etmək, gəncləri bədən tərbiyəsi və idmanla
aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək
sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və
tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir
Sonra çıxış
edən Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və
idman sektorunun müdiri İlham Səfərov qeyd edib ki, Respublikamızda Ulu Öndər
Heydər Əliyevin banisi olduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən idman siyasəti uğurla
inkişaf edir və çiçəklənir. Bu uğurun da davamlı olması və gənclərin bədən
tərbiyəsi və idmanla aktiv məşğul olması istiqamətində Yasamal rayonu
ərazisində idman yarışlarının keçirilməsi olduqca vacibdir.
Daha sonra
müzakirə formatında davam edən iclasda suallar cavablandırılıb, təklifləri
dinlənilib.
Qeyd edək ki,
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş
idman yarışları 2026-cı ilin aprel- may aylarında Yasamal rayonu ərazisində
fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən
təşkil olunmuş komandalar iştirakı ilə həyata keçiriləcəkdir.
Ümumilikdə
yarışların proqramına əsasən 6 idman növü üzrə (basketbol, stolüstü tennis,
voleybol (oğlan, qız), mini-futbol, şahmat, dama) 7 yarış keçiriləcəkdir. Hər
bir növ üzrə isə I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli
diplomlar, komanda üzvləri isə müvafiq dərəcəli diplom və medallarla təltif
olunacaqlar.