Bu gün Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin toyudur.
Məclis şəhər restoranlarından birində keçiriləcək. Gecəyə şou-biznes nümayəndələri də dəvət olunub.
Qeyd edək ki, Fatimə və Ümidin bir neçə gün əvvəl daha bir toyu olmuşdu. Həmin məclisə şou-biznesin xanım simaları dəvət olunmuşdu.
Manset.az xəbər verir ki, Ümid Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimə ilə ailə qurur.