Qazaxıstanda dünən keçirilən təlim zamanı Xəzər dənizinə sürüklənən 17 hərbçidən 14-ü həlak olub, 3 hərbçi isə xilas edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı açıqlamada təlim zamanı Xəzər dənizinə sürüklənən hərbçilərin axtarış-xilasetmə əməliyyatının başa çatdığı bildirilib.
Açıqlamada səhər saatlarında daha 2 hərbçinin meyitinin dənizdən çıxarıldığı qeyd olunub.
Beləliklə, Xəzər dənizində təlim və döyüş tapşırığının yerinə yetirildiyi zaman hava şəraitinin qəfil pisləşməsi nəticəsində dənizə sürüklənən 17 hərbçidən 14-nün həlak olduğu, 3-nün isə xilas edildiyi bildirilib.