Türkiyənin Karaman ərazisində övladlarının xəbər ala bilmədiyi boşanmaq ərəfəsində olan cütlük yaşadıqları mənzildə ölü tapılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, evə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları “Evdə sianid var, girməyin” yazılmış qeyd aşkar ediblər. Polis kişinin həyat yoldaşını sianidlə zəhərləyərək qətlə yetirməsi daha sonra isə intihar etməsi ehtimalı üzərində dayanır.
Faktla bağlı araşdırmalara başlayıblar.