Yəməndəki husilərin hücum hədəfində olan Səudiyyə Ərəbistanının Məkkə, Ciddə və Taif başda olmaqla bir neçə bölgəsində ehtimal edilən təhlükələrə qarşı təcili vəziyyət xəbərdarlığı edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş İdarəsinin “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan bəyanatda Məkkə-i Mükərrəmə, Ciddə, Taif, Yənbu və Təbuk şəhərlərində baş verə biləcək fövqəladə hallara qarşı xəbərdarlıq olunub. Bəyanatda əhalinin can və mal təhlükəsizliyinin qorunması məqsədilə Mülki Müdafiə dəstələrinin təlimatlarına əməl etməsi, kütləvi toplaşma yerlərindən uzaq durması və çəkiliş aparmaması istənilib.
Daha sonra növbəti açıqlama yayımlayan Mülki Müdafiə Baş İdarəsi sözügedən təhlükənin aradan qalxdığını bildirib.
Xatırladaq ki, Yəməndəki İran tərəfindən dəstəklənən husilər paytaxt Sənaya edilən pilotsuz uçuş aparatı (PUA) hücumlarına görə Səudiyyə Ərəbistanını ittiham etmiş və cavab tədbirləri görəcəkləri ilə hədələmişdilər.