Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə balistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Xarkov şəhərində yerləşən tərəvəz anbarına endirilən PUA zərbəsi zamanı isə 6 nəfər həlak olub.
Rusiya gecə saatlarında Ukraynanın müxtəlif bölgələrini intensiv atəşə tutub.