Şəmkir rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.
Manset.az Demokrat.az-a istinadən xəbər verri ki, 1989-cu il təvəllüdlü Abbas arvadı Səmayə (adlar şərtidir – red.) ilə birgə yaşadığı evdə mübahisə edib. 37 yaşlı kişi yumruq və təpiklə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, mübahisəyə səbəb arvadının ondan xəbərsiz evlə bağlı sənədə qol çəkməsi və nəticədə evin baldızının adına keçməsi olub.
"Mən də əsəbiləşərək yumruq və təpiklə arvadımın bədəninin müxtəlif nahiyələrinə vurdum", - deyə o ifadəsinə əlavə edib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Abbasa 240 saat ictimai işlər cəzası təyin edilib.