Bakcell abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. Bakcell tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə Sea Breeze-də mənzildir.
Hədiyyə
mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərli hədiyyələr qazana bilərlər.
Sea Breeze-də mənzillə yanaşı, İstanbul istiqamətində gediş-dönüş aviabiletləri,
iPhone modelləri, smart saatlar, qulaqlıqlar, planşetlər və televizorlar, həmçinin
20 GB-dək internet paketləri də hədiyyələr sırasındadır.
Hər iki
standart çarx çevirməsindən sonra abunəçi üçün bir VIP Çarx aktivləşir. Sea
Breeze-də mənzil və sadalanan digər dəyərli hədiyyələr yalnız VIP Çarx vasitəsilə
qazanılır.
VIP Çarxdan
istifadə etmək üçün abunəçilər Bakcell
tətbiqinə
daxil olaraq müvafiq bölməyə keçə və çarxı çevirə bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının
qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni
intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə
verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət
göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan
Azerconnect Group-a daxildir.