Daxili İşlər Nazirliyi (DİN) "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Manset.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, 2026-cı il sentyabrın 23-dən 26-dək Bakı şəhərində keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, "Fan" zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
"Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunur", - məlumatda qeyd olunub.