logo
logo logo
logo

ABŞ-nin işğal ehtimalına qarşı Kanadadan PLAN

13:46 - 25 Sentyabr 2026

ABŞ-nin işğal ehtimalına qarşı Kanadadan PLAN

ABŞ-nin Hind-Sakit okean Qüvvələri komandanı admiral Samuel Paparo ABŞ-nin Kanadanı işğal etməsi ehtimalı ilə bağlı sualı tamamilə absurd hesab edərək rədd etsə də, Kanada Baş naziri Mark Karni və ölkənin yüksək səviyyəli müdafiə rəsmilərinin mövcud fövqəladə vəziyyət planlarını yenidən nəzərdən keçirdiyi məlum olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Karni çərşənbə günü “New York Times” qəzetinə açıqlamasında ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kanadaya qarşı hərbi əməliyyat keçirmək barədə əmr verməsi ehtimalını ifrat risk kimi qiymətləndirib və bu vəziyyətə qarşı hazırlıq gördüklərini bildirib.

Baş nazirin bu açıqlamaları Kanadanın işğal olunması ehtimalının çox aşağı olsa da, tamamilə istisna edilmədiyi kimi şərh olunub.

Xəbərdə qeyd edilir ki, Karnidən Trampın Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək barədə təhdidlərini ciddi qəbul edib-etmədiyi soruşulduqda, o, ABŞ-nin rəhbərlik etdiyi hərbi müdaxilə ehtimalını diqqətlə nəzərdən keçirdiyini bildirib. Lakin baş nazir bu məsələnin təfərrüatlarını açıqlamaqdan çəkinib.

Kanadanın müdafiə naziri Devid MakGuinti də bildirib ki, dünyanın bütün orduları mümkün risk ssenarilərinin təhlilinə vaxt ayırır. Onun sözlərinə görə, baş nazirin qeyd etdiyi kimi, bu məsələ “ifrat risk” kimi qiymətləndirilməlidir.

MakGuinti fövqəladə vəziyyət zamanı tətbiq olunacaq planların təfərrüatlarını açıqlamaqdan imtina edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az