“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomini ürək problemi ilə bağlı tibbi prosedurdan sonra məşqlərə qayıdıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu klubun bazasında fərdi məşq edib. O, hələ komanda ilə ümumi məşqlərə qoşulmayıb.
Maktomini “İnter”, “Bolonya” və “Fiorentina” ilə oyunları buraxıb. Şotlandiyalı futbolçunun oktyabrın 10-da “Frozinone”yə qarşı matçda meydana qayıtması gözlənilir.
Qeyd edək ki, Maktomini bu mövsüm 2 oyunda iştirak edib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.