Yeni paket
geniş idman məzmununu və 260-dək yerli və xarici telekanalı bir abunəlikdə birləşdirir
Azercell
Kinon TV platformasında idmansevərlər üçün yeni “Setanta Sports & TV”
paketi istifadəyə verib. Yeni paket futbolun aparıcı Avropa liqaları, Formula 1
yarışları və geniş televiziya məzmununu vahid rəqəmsal abunəlikdə bir araya gətirir.
Paket
çərçivəsində istifadəçilər Setanta Sports-un geniş idman kontentinə çıxış əldə
edirlər. “Setanta Sports Canlı Yayımları” və Setanta Sports HD 1, Setanta
Sports HD 2 telekanalları vasitəsilə LaLiga, İngiltərə Premyer Liqası, Serie A
və Formula 1 daxil olmaqla, bir sıra aparıcı idman yarışlarını canlı izləmək
mümkündür. “Setanta Live Streams” ilə isə istifadəçilər platformada təqdim
olunan canlı yayımlar arasından istədikləri matç və tədbiri seçərək izləyə bilərlər.
“Setanta
Sports & TV” paketinin imkanları bununla məhdudlaşmır. Paketə TVnet Sport,
Sport TV 1 və Sport TV 2 kanalları, eləcə də 260-dək yerli və xarici telekanal
da daxildir.
Beləliklə,
Kinon TV qeyd olunan geniş idman məzmununu rəqəmsal formatda vahid abunəlik çərçivəsində
təqdim edən ölkənin ilk və yeganə lisenziyalı TV platformasıdır.
İstifadəçilər
məzmundan mobil telefon, planşet və digər uyğun cihazlar vasitəsilə istənilən
yerdə yararlana bilərlər. Xidmətdən istifadə üçün əlavə avadanlıq, ayrıca abunəlik
və ya ənənəvi televiziya bağlantısı tələb olunmur.
“Setanta
Sports & TV” paketinin aylıq abunə haqqı 10,99 AZN-dir. Paketə qoşulmaq
üçün mobil telefondan *999#YES kodunu yığmaq kifayətdir. Daha sonra təqdim
olunan istifadəçi adı və şifrə ilə Kinon tətbiqinə daxil olaraq xidmətdən
istifadə etmək mümkündür.
Azercell
Kinon TV platformasında təqdim olunan məzmunu mütəmadi olaraq genişləndirərək
abunəçilərinə daha zəngin və çevik rəqəmsal əyləncə imkanları təqdim etməyə
davam edir.
Kinon
TV haqqında ətraflı məlumat: www.kinon.tv