Hikmət Hacıyev Aİ komissarı ilə görüşdü

19:46 - 03 Fevral 2022

Hikmət Hacıyev Aİ komissarı ilə görüşdü

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Manşet.az xəbər verir ki, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Həmçinin Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”, - Aİ Komissarı qeyd edib.

Görüşdə Cənubi Qafqaz və Aİ-nin bu regiona dəstəyi də müzakirə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az