Prezident 4 nazir müavinini işdən çıxardı - YENİ TƏYİNATLAR (FOTO)

09:35 - 04 Fevral 2022

Prezident 4 nazir  müavinini işdən çıxardı - YENİ TƏYİNATLAR (FOTO)

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.

Manset.az  xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.

Prezidentin digər sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin - İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov təyin olunublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az