Zelenskidən Ərdoğana maraqlı REAKSİYA “Bir telefon zəngi ilə istənilən yerə gələrəm”

11:59 - 05 Fevral 2022

Zelenskidən Ərdoğana maraqlı REAKSİYA “Bir telefon zəngi ilə istənilən yerə gələrəm”

Kreml də Zelenski ilə görüşü istisna etmir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna böhranında vasitəçilik missiyasını irəli sürərək, Putinlə Zelenskinin görüşünü təklif edib.

Ukrayna prezidenti Vladimir Zelenski  məsələyə reaksiya verərək deyib ki, görüşə gəlmək üçün  Ərdoğanın bir zəngi yetər və mən istənilən yerə gələrəm.

Manset.az xəbər verir ki, Rusiya tərəfi də Ərdoğanın vasitəçiliyi ilə  Putinin Zelenski ilə görüşünə aydınlıq gətirib.

RF prezidentinin mətbnuat katibi Dmitriy Peskov jurnalistlərə açıqlamasında Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskinin Türkiyədə görüşməsi məsələsinə aydınlıq gətirib.  “Putin zərurət yaranarsa, hər kəslə görüşməyə hazır olduğunu deyir. Lakin bunun üçün görüşün nəticəsinin nə ola biləcəyini və nələrin müzakirə olunacağını anlamaq lazımdır. Hələlik belə bir anlayış yoxdur”- Peskov qeyd edib.

Peskov Putinin prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşünün prioritet olduğunu vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az