Səhiyyə qurumlarının mərkəzləşdirilmiş tranformasiya ofisi yaradılacaq.
Manset.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, həmin qurumların səlahiyyətli nümayəndələri bu ofisdə təmsil olunacaq:
“Bu fəaliyyət bütün səhiyyə qurumları arasındakı münasibətləri optimallaşdıraraq vətəndaşların səhiyyə sistemindən məmnunluğunu təmin edəcək”.