ABŞ dövlət katibi Entoni Blinkenlə Fransanın xarici işlər naziri Jan-İv Le Drianın telefon danışığı olub.
Manşet.az xəbər verir ki, tərəflər telefon danışığında Qarabağ məsələsini müzakirə ediblər.
"Onlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağ münaqişəsindən irəli gələn və ya onunla bağlı məsələlərin həllində Ermənistan və Azərbaycana kömək etmək üzrə davam edən səylərini müzakirə ediblər”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.