Azərbaycanda sələmçi qardaşlar bıçaqlandı

12:19 - 11 Fevral 2022

Azərbaycanda sələmçi qardaşlar bıçaqlandı

Ağsu rayonunda qardaşlar bıçaqlanıb.

 

Manset.az-ın məlumatına görə, rayon ərazisində iki qardaşla dörd nəfər arasında baş verən mübahisə qardaşların bıçaqlanması ilə nəticələnib. 

Belə ki, Zəka və Orxan Fazilzadələr sələmə pul vermək işi ilə məşğul olublar. Pulu geri ala bilmədikləri üçün Amil Quliyev, Üzeyir Şirazlı, Fəxrəddin Bayraməlizadə və Alı Nəcəfli ilə aralarında mübahisə yaranıb.

Nəticədə A.Quliyev O.Fazilzadəni, F.Bayraməlizadə isə Z.Fazilzadənin bıçaqlayaraq xəsarət yetirib.

Mübahisədə iştirak edən dörd nəfər saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az