Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gözlənilən səfəri öncəsi BƏƏ-nin ən hündür tikilisi olan “Bürc-Xəlifə” Türkiyə bayrağının rənglərinə boyanıb.
Manset.az xəbər verir ki, Türkiyə bayrağından əlavə tikilidə türk dilində “Hoş geldiniz” yazısı da qeyd olunub.
Qeyd edək ki, Türkiyə Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri fevralın 20-sinə planlaşdırılır.