Putin müharibəni bu tarixdə bitirməyi planlaşdırıb - Məxfi sənədlər ələ keçdi

13:07 - 04 Mart 2022

Putin müharibəni bu tarixdə bitirməyi planlaşdırıb - Məxfi sənədlər ələ keçdi

Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı Rusiyanın hücum planını 2022-ci il yanvarın 18-də təsdiqlədiyini iddia edən sənədlər ələ keçirib. 

 

İddiaya görə, həmin sənədlərdə hücumun fevralın 20-də başlayacağı və martın 6-da başa çatacağı qeyd edilib. Beləliklə, Rusiya-Ukrayna müharibəsinin 15 gün ərzində tamamlanmasının planlaşdırıldığı güman edilir.

Manset.az xəbər verir ki, Ukrayna Baş Qərargahından verilən yazılı açıqlamada Ukrayna ordusunun uğurlu əməliyyatları nəticəsində yüksək rütbəli rus hərbçilərinin panikaya düşərək məxfi sənədləri unudub qaçdıqları bildirilib.

Xatırladaq ki, Rusiyanın Ukraynadakı əməliyyat planları ilə bağlı məlumatların yazıldığı iddia edilən sənədlərdə bu qeyd olub:

"18 yanvar 2022-ci ildə təsdiqlənən Ukrayna ilə müharibə bu ölkənin tam olaraq ələ keçirilməsi şərti ilə fevralın 20-dən mart ayının 6-na qədər olan 15 gün ərzində tamamlanmalıdır”./Gundem.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az