Vilayət Eyvazov 51 polisi işdən çıxarıb - RƏSMİ

15:34 - 04 Mart 2022

Vilayət Eyvazov 51 polisi işdən çıxarıb - RƏSMİ

Azərbaycanda cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, ötən il aşkar edilən pozuntulara görə, daxili işlər orqanlarında 168 əməkdaşa intizam tənbehi tətbiq edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlərlə onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i isə tutduğu vəzifədən azad edilib.

Həmçinin 117 əməkdaş barəsində digər məsuliyyət tədbirləri görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az