Donetskdə Rusiyanın "Su-25" qırıcısı VURULDU

15:40 - 04 Mart 2022

Donetskdə Rusiyanın \"Su-25\" qırıcısı VURULDU

Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın “Su-25” qırıcı təyyarəsini vurublar.

 

Manset.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri vilayətin Volnovaxa şəhəri səmasında düşmənin “Su-25” qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir.”, - deyə məlumatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az