Çavuşoğlu Azərbaycana gəldi - FOTO

23:06 - 04 Mart 2022

Çavuşoğlu Azərbaycana gəldi - FOTO

“Bu gün can Azərbaycana səfərə yola düşürəm”.

Manşet.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Belçikanın paytaxtı Brüsseldə NATO XİN rəhbərlərinin fövqəladə iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

“Sabah Prezident İlham Əliyev bizi qəbul edəcək. Azərbaycanla da danışmalı olduğumuz ikitərəfli regional məsələlər var”, - deyə o qeyd edib.

***

Çavuşoğlu Azərbaycana gəlib.

Bu barədə o, Tvitter hesabında paylaşım edib.

“Brüsseldəki Ukraynaya həsr olunmuş NATO XİN rəhbərləri fövqəladə iclasının ardından əlaqələrimiz bə regional məsələləri müzakirə etmək üçün can Azərbaycandayıq”, - Çavuşoğlu yazıb.

Naziri hava limanında xarici işlər nazirinin müavini Elnur Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmilər qarşılayıb.

 

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az