Manaf Ağayev azadlığa çıxdı

01:10 - 05 Mart 2022

Manaf Ağayev azadlığa çıxdı

İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video paylaşan və buna görə də həbs edilən müğənni Manaf Ağayev azadlığa çıxıb.

 

Manset.az xəbər verir ki, onunla birlikdə Füzuliyə gedən iş adamı Sənan Hüseynov da cəzasını çəkdikdən sonra azadlığa buraxılıb.

Onlar Yasamal Rayon Məhkəməsinin qərarı ilə  15 sutka inzibati həbs cəzası almışdılar.

Qeyd edək ki, M.Ağayev bahalı avtomobillə Füzuli aeroportuna getməsinin videosunu sosial şəbəkədə paylaşıb. Müğənni müzakirələrə səbəb olan videonu daha sonra instaqramından silib. Videoda M.Ağayevin avtomobilinin yanında 10-AA-307 seriyalı daha bir maşın olub. Həmin şəxsin əslən Füzulidən olan iş adamı Sənan Hüseynovdur.

Bu görüntülər sosial şəbəkələrdə yayılandan sonra hər iki şəxs saxlanılıb. Onların saxlanılan zaman fotoları da paylaşılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az