Cehyun Bayramov Antalyada finlandiyalı həmkarı ilə görüşdü

20:30 - 11 Mart 2022

Cehyun Bayramov Antalyada finlandiyalı həmkarı ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb.

Manşet.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT çərçivəsində əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, tərəflər siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda, Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az