Birləşmiş Millətlər Təşkilatı Ukrayna münaqişəsi ilə bağlı bütün tərəflərə nifaq və nifrət salmağa yönəlmiş bəyanatlardan çəkinməyə çağırır.
Manset.az-ın məlumatına görə, BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq deyib.
Onun sözlərinə görə, BMT Ukraynada atəşkəsin əldə olunması səylərinə diqqət yetirir:
“Biz mütləq bütün tərəfləri nifaq və nifrət salmağa yönəlmiş ritorikadan çəkinməyə çağırırıq. Biz çalışırıq ki, hazırkı böhran bitsin”.