AFFA-nın baş katibi dəyişib.
Manset.az-ın məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilən iclasında qərar qəbul olunub.
Avro-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.
O, bu postda Elxan Məmmədovu əvəzləyib.