Kadırovun Mariupol yalanı ifşa olundu - ŞOK açıqlama

08:35 - 22 Mart 2022

Kadırovun Mariupol yalanı ifşa olundu - ŞOK açıqlama

Qondarma qurumun rəhbəri şəhərin yaxın vaxtlarda ələ keçirilməsinin mümkün olmadığını açıqladı

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, çeçen döyüşçülər iki həftədir Rusiya ordusunun mühasirədə saxladığı Ukraynanın Mariupol şəhərinə hücuma qoşulublar. Musavat.com xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat paylaşıb. Paylaşımda iddia olunur ki, çeçen hərbçilər şəhərdəki “Azovstal” zavodunu “ələ keçirib təmizləyiblər”, indi onlar Mariupola “birbaşa hücum etməyə başlayıblar”. O əlavə edib ki, şəhər “yaxın vaxtlarda” Ukrayna qüvvələrindən təmizlənəcək.

Çeçenistan rəhbəri əlavə edib ki, çeçen döyüşçülərin hücumuna Dövlət Dumasının deputatı Adam Delimxanov rəhbərlik edir. Onun sözlərinə görə, çeçen hərbçiləri Ukrayna qüvvələrinin atəş nöqtələrini uğurla susdurur və “Rusiyanın hərbi birləşmələrindən olan yoldaşlara” kömək edirlər.

Maraqlıdır ki, Mariupola hücuma birbaşa rəhbərlik edən qondarma “Donbas Xalq Respublikası”nın rəhbəri Denis Puşilin Kadırovdan tam fərqli açıqlama verib. Onun bu gün RT kanalına dediyinə görə, Mariupolu nəinki yaxın günlərdə, heç yaxın həftədə ələ keçirə bilməyəcəklər: “Şəhər çox böyükdür, orada bir neçə min döyüşçü var. Onların əsas möhkəmləndirilmiş ərazisi “Azovstal” zavodudur. Təkcə bu zavodun ərazisi 11 min kvadratkilometrdir”.

Mariupol Rusiyanın Ukraynaya hücumundan iki həftə sonra - martın 11-də mühasirəyə alınıb. Martın 18-də Rusiya Müdafiə Nazirliyi döyüşlərin Mariupolun mərkəzində getdiyinə dair açıqlama versə də, bu, öz təsdiqini tapmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az