BMT-də nə baş verir? - Rusiyanın Ukrayna ilə bağlı qətnaməsi qəbul edilmədi

07:30 - 24 Mart 2022

BMT-də nə baş verir? - Rusiyanın Ukrayna ilə bağlı qətnaməsi qəbul edilmədi

BMT Təhlükəsizlik Şurası (TŞ) çərşənbə günü Rusiya Federasiyasının Ukraynadakı vəziyyətlə bağlı qətnamə layihəsini dəstəkləməyib.

 

Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya və Çin qətnamənin lehinə səs verib, Təhlükəsizlik Şurasının heç bir üzvü qətnamənin əleyhinə səs verməyib, Şuranın digər 13 üzvü (Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana, BƏƏ) səsvermə zamanı bitərəf qalıb.

Qətnamənin qəbul edilməsi üçün daimi üzvlərdən heç birinin veto hüququndan istifadə etməməsi şərti ilə BMT Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzu (beşi daimi və on qeyri-daimi üzv) tərəfindən dəstəklənməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az