Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olundu - FOTO/VİDEO

12:23 - 25 Mart 2022

Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olundu - FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Orduda Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

 

Manset.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim olunub.

Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb.

 





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az