Xarkov istiqamətində rus işğalçıları ciddi itkilər verir, texnikalarını ataraq panika içində qaçırlar.
Mnaset.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
“Ukrayna Quru Qoşunları və Ərazi Müdafiə dəstələrinin tərkibindəki silahlı qüvvələr rus işğalçılarını Xarkov vilayətindən qovmaqda davam edirlər”, - məlumatda qeyd olunub.