“Ermənistan Ukraynadakı vəziyyətə görə siyasi manevr edir” - Millət vəkili

11:41 - 28 Mart 2022

“Ermənistan Ukraynadakı vəziyyətə görə siyasi manevr edir” - Millət vəkili

“Bildiyiniz kimi Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Gürcüstan xarici işlər naziri David Zakalianiyə zəng edib.  Ermənistan Gürcüstanla yaxınlaşma nümayiş etdirərək Rusiyanın təsiri altında olmadığını və qərbə meyl etdiyini göstərməyə çalışır”.

 

Bu sözləri Manset.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

Deputatın sözlərinə görə, ermənilər öz xarici siyasətində belə manevrlər edirlər:

“İstər Qərbə, istərsə də Rusiyaya qarşı Ermənistanın xəyanəti həmişə olub. Öz işlərini görmək üçün həm Qərbdən, həm də Rusiyadan yararlanırlar.Bir məqam kimi ermənilər Rusiya ilə müvafiq əlaqələr qurmağa çalışırlar. Bu da əsasən hərbi istiqamətdədir, çünki KTMT-nin üzvü olduqları üçün bu addımları atırlar. Eyni zamanda, qərbə meyillənirlər. Yaranmış vəziyyətlə əlaqədar, yəni Ukrayna-Rusiya müharibəsi ərəfəsində də, ondan sonra müharibənin gedişində də Ermənistan xarici siyasətində belə bir tendensiya var. Görünür ki, onlar çalışacaqlar ki, həm Ukrayna ilə, həm Rusiya ilə, həm də Qərb ilə müvafiq əlaqələr yaratsın. Çünki bilirlər ki, Qərb birmənalı şəkildə Ukraynanın yanındadır. Məlum məsələdir ki, istər Ukrayna, istər Qərb, istərsə də digərləri Ermənistanın bu prosesdə Rusiyanın əleyhinə getməsinə inanmırlar. Ermənistan da qorxusundan heç bir vaxt Rusiyanın əleyhinə gedə bilməz. Bu sadəcə olaraq siyasi gəlişmələr və müəyyən manevrlərdir.Bu gün Ukraynaya qarşı olan sanksiyaların gələcəkdə iqtisadi cəhətdən Ermənistana da təsiri mütləq şəkildə olacaq. Çünki Ermənistan Rusiyanın vassalıdır və bundan da çıxış yollarını axtarmalıdırlar”. 


Millət vəkili bildirib ki, Ermənistan DNR və LNR humanitar yardımlar göndərir, separatçılara kömək etmək istəyirlər.Rusiya DNR və LNR-i tanıyandan sonra ermənilər də mitinqlər keçirərək cəhd etdilər ki, Qarabağdakı qondarma rejimi tanıtsınlar. 


  
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az