"Əsas məqsədimiz azad edilmiş ərazilərə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir" - Hikmət Hacıyev

10:38 - 01 Aprel 2022

\"Əsas məqsədimiz azad edilmiş ərazilərə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir\" - Hikmət Hacıyev

"Hazırda işğaldan azad edilmiş ərazilərdə ağaclar əvəzinə minalar var. Əlbəttə ki, Azərbaycan hökuməti bunun əksini edəcək. Minaları təmizləyərək orada ağaclar əkəcək".

 

Manset.az "report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti burada çoxtərəfli yanaşmadan istifadə edəcək:

"Dörd əsas istiqamət var. Bizim əsas məqsədimiz bu bölgəyə əhalinin təhlükəsiz şəkildə qaytarılmasını təmin etməkdir. Hazırda mina qurbanlarının sayı təxminən 200 nəfərə yaxındır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az