Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş davam edir.
Manşet.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən görüş yerli vaxtla 19:00-da başlayıb.
Qeyd edək ki, görüş Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilib.
***
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında üçtərəfli görüş başlayıb.
Manşet.az xəbər verir ki, görüş işçi nahar formasında davam edəcək.
oxu.az