“Qalatasaray”ın prezidenti postuna xanım namizəd

13:23 - 08 Aprel 2022

“Qalatasaray”ın prezidenti postuna xanım namizəd

Türkiyənin “Qalatasaray” klubunun prezidenti postuna namizədlərin sayı artıb.

 

Manset.az xəbər verir ki, İstanbul klubunun idarə heyətində yer alan Begüm Özkan aprelin 30-da keçiriləcək seçkilərdə 3-cü namizəd olacaq.

Buna qədər Mətin Öztürk və Əşrəf Hamamcıoğlunun namizədliyi rəsmiləşmişdi.

Xanım namizəd üçün zəruri olan sənədlərin toplanmasına start verilib.

Klub prezidentliyinə namizədlərin qəbulu sabah başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az