Maska qadağası aradan qaldırılacaq? - Nazirdən açıqlama

10:27 - 09 Aprel 2022

Maska qadağası aradan qaldırılacaq? - Nazirdən açıqlama

Səhiyyə naziri Teymur Musayev maska qadağasının aradan qaldırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Manset.az-ın Trend-ə istinadla məlumatına görə, nazir bildirib ki, yoluxma sayları kəskin azalmaqdadır. O qeyd edib ki, gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur.

“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”, - deyə nazir bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az