Almaniya kansleri Angela Merkel Almaniyanın Əfqanıstandan 10 min insanın təxliyyə edə biləcəyini bəyan edib.
Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, bura Almaniya ilə əməkdaşlıq edən 2500 Əfqanıstan və Əfqanıstanda Talibanın faktiki hakimiyyətə gəlişindən sonra risk altında olanlar daxildir. “Bu hələ uzun müddət müzakirə predmeti olacaq”- o qeyd edib.
Merkel onu da qeyd edib ki, qaçqın problemi ilə bağlı Əfqanıstanla sərhəd ölkələrlə əməkdaşlıq etmək lazımdır.