Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampla bağlı danışıb.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, o bildirib ki, ABŞ Prezidenti Donald Trampın ölkəsini idarə etmək hüququ var, lakin öz iradəsini digər ölkələrə qəbul etdirmək hüququ yoxdur.
“Prezident Tramp ABŞ prezidenti seçilib. Onun ölkəni idarə etmək hüququ var, lakin digər ölkələri idarə etmək hüququ yoxdur”, – deyə Braziliya Prezidenti bildirib. O, Trampın öz iradəsini digər ölkələrə qəbul etdirmək hüququnun olmadığını vurğulayıb.
Trampın beynəlxalq məsələlərə “tərəfli” yanaşdığını bildirən Lula da Silva qlobal münaqişələrin həlli üçün çoxtərəfliliyin gücləndirilməsinin zəruri olduğunu qeyd edib.
Lula da Silva deyib: “Onun idarəetmə anlayışı belədir: "Ən güclü mənəm, ən varlı mənəm, hər şeyi edə bilərəm və digərləri mənə tabe olmalıdır". Mən bununla razı deyiləm”.
Braziliyanın ABŞ ilə dialoq və danışıqların tərəfdarı olduğunu bildirən Lula da Silva ölkəsinin xaricdən tətbiq edilən diktələri qəbul etməyəcəyini qeyd edib.
Braziliya Prezidenti daha əvvəl ABŞ Prezidenti Donald Trampa oktyabrın 4-də Braziliyada keçirilməsi planlaşdırılan seçkilərə müdaxilə etməməsi barədə çağırış edib və dövlətlərin bir-birinin suverenliyinə hörmət etməli olduğunu vurğulayıb.