ABŞ-nin ən gərgin hava limanlarında tikinti işçilərinin hava hərəkətinə nəzarət sistemi üçün həyati əhəmiyyət kəsb edən kabeli ehtiyatsızlıqdan kəsməsi nəticəsində yüzlərlə təyyarə reysi təxirə salınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bazar ertəsi günortadan sonra Nyu-York, Pensilvaniya, Nyu-Cersi və Massaçusets ştatlarındakı hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi (Sean Duffy) günün irəliləyən saatlarında zədələnmiş kabelin bərpa edildiyini və hava limanlarında əməliyyatların yenidən başladığını bildirib. Bununla belə, nazir ləngimələrin bir müddət də davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Şərq sahilində yaşanan bu genişmiqyaslı axsamalar çərşənbə axşamı Nyu-Yorkda başlayacaq və çoxsaylı dünya liderlərinin qatılacağı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ərəfəsinə təsadüf edib. Böyük Britaniyanın Baş naziri Endi Bernhem (Andy Burnham) isə uçuşlarda yaranan problemlərdən əvvəl təyyarəyə əyləşərək nəzərdə tutulduğu kimi şəhərə çata bilib.