logo
logo logo
logo

İki piyada qəza qurbanı oldu 

09:55 - 22 Sentyabr 2026

İki piyada qəza qurbanı oldu 

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.


Manset.az xəbər verir ki, Murad Haqverdi oğlu Mirəzizov idarə etdiyi “Opel Astra” markalı avtomobillə rayonun Zarağan kəndi ərazisində yolu keçən Seyidməmməd İbrahim oğlu Zəkəriyəyevi vurub.

Piyada hadisə yerində ölüb.

Oxşar hadisə Sumqayıtda da qeydə alınıb. Süleyman Nizami oğlu Müslümov Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobillə yolu keçən piyada Elşad Fehruz oğlu Məmişovu vurub.

Həmin piyada da aldığı xəsarətlərdən vəfat edib.

Hər iki faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az